Qaynar xətt:

(+99450) 247 90 86

Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

2025/01/25/1737815283_98726086-5070-44e6-bcb8-08c7a82705a0.jpg

ŞOU-BİZNES

563

25.01.2025, 16:30

Xalq artisti Miri Yusifin prodüseri, televiziya aparıcısı Emin Əfəndini hədələyən şəxs saxlanılıb.

OXU24.COM -a istinadən xəbər verir ki, Emin Əfəndini hədələyərək hesabına 1000 manat pul ödətmiş Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində araşdırmalar aparılır.

Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs Emin Əfəndiyə "WhatsApp" vasitəsilə mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib və ondan 1000 manat məbləğində pul alıb.