Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1288
az

Ayselin xərçəngdən ölən əri kimdir? - Direktor olub

10:4402 May, 2018
1597
ŞOU-BİZNES
  • A
  Bu il Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədovanın (Aisel) wiwibloggs.com-a müsahibəsi müzakirələrə səbəb olub. 28 yaşlı ifaçı bildirib ki, həyat yoldaşı muisiqiçi olub və xərçəngdən dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, Aiselin sözügedən açıqlamasından sonra həyat yoldaşının kimliyi hər kəsi marağına səbəb olub. Məlum olub ki, həmin şəxs 2011-ci ilin aprel ayında Almaniyada qarın boşluğu xərçəngindən dünyasını dəyişən musiqiçi Emil İbrahim Məmmədovdur.

Bildirək ki, bəstəkar İbrahim Məmmədovun oğlu, klassik pianoçu Elçin Məmmədovun qardaşı olan E. İbrahim bir müddət  Bakı Caz Mərkəzinin art-direktoru olub. O, xərçəngdən müalicə üçün müxtəlif ölkələrə gedib və Berlində 37 yaşında həyatını itirib.
Emilin cazı, klassik musiqini, Latın Amerikası ritmlərini, Azərbaycan muğamını və digər janrları sintez etməsi onun improvizəçi və bəstəkar kimi istedadını üzə çıxarıb.

2005-ci ildə onun “Tetralogia” solo albomu işıq üzü görüb. Bakı Caz Mərkəzinin direktoru olduğu dövrdə Emil İbrahim ölkəmizdə cazın təbliği üçün böyük səy göstərib.
Onun sonuncu solo konserti 2010-ci ilin payızında Muğam Mərkəzində Bakı beynəlxalq caz festivalı çərçivəsində keçirilib. O, həmçinin Sevda Ələkbərzadənin "Şəbi Hicran" albomu üçün prodüserlik edib.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu