Övladları birinci yerə çıxdı - Video
16 Noyabr 2026, 19:28
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
850
09.01.2025, 23:09
Aparıcı Elgiz Əkbər “Şakir Paşa ailesi: Mucizeler ve Skandallar” serialını tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə o, “Elgizlə izlə” verilişində danışıb. Elgiz deyib ki, sözügedən ekran işində əxlaqsızlıq təbliğ edilir:
“Bir serial başlayıb, o qədər əsəbiləşmişəm. Yenidir, partlayacaq, mən birinci bölümünə baxmışam. Olmuş hadisədir, lakin serialdakı kimi olmayıb. Mən məlumatlıyam. Rejissor belə canlandırıb ki, bir ailə başçısıdır, çox zəngindilər, iki oğlu, iki qızı var, qızları ərdədir. Oğlunun biri xaricdədir, təhsil alır. Atasına zəng edir ki, gəlirəm, amma tək deyiləm, italyan qızıla evlənmişəm, bir uşağım var. Anasını “Muhteşem Yüzyıl”da Hürremi oynayan qadın (Vahide Perçim – red) canlandırır, o biri “Hürrem” də (Meryem Üzerli – red) orada olacaq. Ən məşhur aktyorlar hamısı oradadır. Atası əsəbiləşir, anası deyir ki, olan olub keçən keçib, bilmirik qızı görməmişik. Atası razılıq verir ki, qarşılayın, mənə arxayın olmayın. Süfrə açırlar, bunları qarşılayırlar. Bir italyan qızdır, dünya gözəlidir, qucağında da uşaq gəlirlər evə. Bacıları, anası görüşdü. Süfrə başındadırlar, ata onlara baxmır, diqqət etmir. Evləri dənizin kənarındadır, gəlin dənizdə çimir. Bu vaxt qayınata orada keçir. Kişinin yanında it var, həmin köpək gedir qızın paltarını oradan götürür qaçırdır. Kişi də kolun dibində giozlənib çıxa bilmir ki, guya qayınatadır da. Qız sudan çıxır, bunun halı xarab olur... Biabırçılığın, əxlaqsızlığın təbliğatına baxın. Özü də bu filmə milyonlar qoyulur. Burada müsbət tərəf nədir? Bu kişinin beyni çönür, birinci bölümdən vurulur. Mən şoka düşdüm, əsəbiləşdim, biri btiir, biri başlayır”. (OLAY)
22:45 / 20 Noyabr 2026
8
22:35 / 20 Noyabr 2026
47
22:22 / 20 Noyabr 2026
65
22:01 / 20 Noyabr 2026
85
21:52 / 20 Noyabr 2026
76
21:48 / 20 Noyabr 2026
79
21:21 / 20 Noyabr 2026
90
20:50 / 20 Noyabr 2026
128
20:40 / 20 Noyabr 2026
166
20:33 / 20 Noyabr 2026
113
20:25 / 20 Noyabr 2026
225
20:25 / 20 Noyabr 2026
121
20:20 / 20 Noyabr 2026
119
20:18 / 20 Noyabr 2026
111
20:06 / 20 Noyabr 2026
111
20:02 / 20 Noyabr 2026
775
20:01 / 20 Noyabr 2026
105
19:50 / 20 Noyabr 2026
135
19:50 / 20 Noyabr 2026
113
19:46 / 20 Noyabr 2026
119
19:37 / 20 Noyabr 2026
153
19:37 / 20 Noyabr 2026
1325
19:29 / 20 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.