Xalq artisti Şükufə Yusupovanın düşdüyü yol qəzası ilə bağlı araşdırma aparılır
22 Avqust 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
704
19.12.2024, 17:00
“Çəkiliş üçün Daşkəsənin Bayan kəndinə təzə gedəndə qısa şort geyinmək qadağası qoyuldu. Şəhərdən gələn heyətin müasir formalarda ortalıqda dolaşmasını istəmirdilər. Hətta bir dəfə çəkilişin ortasında paytaxtdan bir aktrisa gəlmişdi. Bir az açıq geyinmişdi. Dərhal film heyəti onu avtobusa saldı, üst-başını dəyişdirib, sonra çölə çıxmağına icazə verdi. Düzdür, mehribanlıqla ev sahibliyi edənlər də var idi, amma çətinliklər də olurdu”.
Oxu24.com xəbər verir ki, bunu Lent.az-a müsahibəsində “Vətəndaş A” serialının “Almaz”ı Günəş Tegin deyib.
“Bu günlərdə bir universitetə tələbələrin görüşünə getmişdim. Bir tələbə qız mikrofonu alıb “mən həmin filmin çəkildiyi kənddənəm. Mat qaldım ki, sizə nəcə icazə veriblər orada çəkiliş etməyə” dedi. Lap dağların zirvəsində deyil, amma gözdən uzaq bir kənddir. Məsələn, qızların məktəb oxuması problemdir. 13 yaşa qədər icazə verirlər. O qız deyirdi ki, mən kəndimizdə bulaq başına gedəndə kişilərin mənə qəribə baxışlarla baxdığını hiss edirəm və o gözlərin ağırlığı altında əzilirəm”, - aktrisa əlavə edib.

O bildirib ki, Almaz obrazı xarici görünüşü ilə diqqət çəkməməli idi: “Fikrimiz o idi ki, diqqəti Almazın gözəlliyinə yox, fikirlərinə, ideyalarına verək. Ümumiyyətlə, aktrisaların üzü onların biznesidir deyərdim. Aktyorun iş aləti öz bədənidir. Üzümüzü qorumalıyıq. Gedib plastik əməliyyatlar etdirirlər, dodaq, qaş, yanaq dəyişir. Botoksla mimikaları itirirlər. Sən bu şəkildə tarixi bir rolda necə çəkiləcəksən? Bununla bir aktyor kimi özünü artıq məhv etdin deməkdir.
Məncə, bu məsələyə İncəsənət Universitetində diqqət yetirilməlidir. Necə ki, qəbul vaxtı görünüşə diqqət edirlər, qabiliyyət imtahanı verirlər, buna da diqqət etməlidirlər. İş o həddə çatıb ki, indi təbii simalı insan görəndə təəccüblənirik, adama qəribə gəlir. Heç bir Avropa ölkəsində bizim qadınlar qədər dəyişmə, estetik əməliyyata meyl göstərilmir. Təəssüf ki, edənlərin çoxu da vulqar formada etdirir. Bunu kimə xoş gəlmək üçün edirlər, anlamıram. Ağlı başında olan heç bir kişi belə vulqar qadına aşiq olmaz”.

23:54 / 28 Avqust 2026
11
23:28 / 28 Avqust 2026
40
23:11 / 28 Avqust 2026
48
22:56 / 28 Avqust 2026
53
22:32 / 28 Avqust 2026
58
22:12 / 28 Avqust 2026
61
21:45 / 28 Avqust 2026
62
21:09 / 28 Avqust 2026
77
20:50 / 28 Avqust 2026
94
20:40 / 28 Avqust 2026
100
20:07 / 28 Avqust 2026
83
19:53 / 28 Avqust 2026
110
19:29 / 28 Avqust 2026
84
19:26 / 28 Avqust 2026
322
19:16 / 28 Avqust 2026
424
19:09 / 28 Avqust 2026
86
18:47 / 28 Avqust 2026
96
18:30 / 28 Avqust 2026
97
18:21 / 28 Avqust 2026
585
18:10 / 28 Avqust 2026
74
18:00 / 28 Avqust 2026
80
17:59 / 28 Avqust 2026
105
17:40 / 28 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.