Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11386
az

ŞOK kadrlar: Azərbaycanlı müğənni restoranın pilləkənindən yıxıldı:Ayağı,başı...

20:0928 Mart, 2019
1205
ŞOU-BİZNES
  • A
 
Ötən gün müğənni Türkan Vəlizadənin baş tutan doğum günündə anidən xoşagəlməz hadisə yaşanıb. Belə ki, dəvətlilər siyahısında olan müğənni Səbinə Selcan restoranın pilləkənlərindən başüstə yıxılaraq xəsarət alıb.

Oxu24.com  xəbər verir ki, müğənninin yıxılma anı anbaan ARB TV-nin “Show News” kamerasına düşüb.



Müğənniyə sənət dostları ilkin tibbi yardım göstərib. Aldığı xəsarətdən sonra Səbinə Selcan ilk reyslə Türkiyəyə yola düşüb. Müğənni ilə bərabər ARB TV –nin “Show News” komandası da Türkiyədəki xəstəxanaya üz tutub.



Müğənni xəstəxanada müayinə olunduqdan sonra səhhəti haqqında özü məlumat verib:

“Hələ də o anın qorxusu məni gecələr yatmağa qoymur. Baxmayaraq ki, bu hadisədən neçə gün ötüb, amma mən hələ də ağır ağrıkəsicilər içirəm. İstanbulda bir gecə xəstəxanada qaldım. Başımdan travma aldım, qolum çıxdı, ayağım əzilib, üzüm zədələnib, qulağım, gözüm tutuldu. Şah damarım qırıla bilərmiş. Həkimlər deyir diqqət etməliyəm, çünki travma almışam. Barmaqlarım qırılmışdı. İnşallah yaxşı olar”.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aygün Kazımovanın qardaşı azadlığa çıxdı
Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki...
Bakıda toyda inanılmaz anlar: Qız  açıq-saçıq geyimdə

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO