Bu dəfə müğənni Afət Fərmanqızı ilə Roza Zərgərli üz-üzə gəlib.
Musavat.com xəbər verir ki, ötən gün müğənni Roza Zərgərli sosial şəbəkədə ifaçı Afət Fərmanqızını təndiq edib. O, Fərmanqızını həşərat adlandırıb, keçmişini xatırlamasını söyləyib.
Rozaya Afətin cavabı gecikməyib. O, Rozanın arxiv fotosunu yayımlayıb və bu sözləri yazıb:
““Bakı vaxtı ilə” verilişi efirdədir. Tolik (Tarix Əliyev), bu öz aləmində o dərəcədə irəli gedib ki, sənə dərs keçmək istəyir. Mənə də həşərat deyir və “sənin kimiləri verilişimə qoymuram” deyir. Mən Azərbaycan teleməkanında ən reytinqli verilişlərdə qonaq oluram. Sənin verilişində nə itim azıb? Tolik, hətta bu həşərat, sənin verilişində olan maşın məsələsinə də dil uzadır. Veriliş apardığını deyir, yazdığı yazıda 12 qrammatik səhv tutdum. Gəl, canlı oxuyaq. Bilirəm, söhbətdən qaçacaqsan. Gəncədəki toyda necə oxudunsa, o toyun xınasını ev sahibi sənə demişdi. Əlindən aldı, mənə verdi. Bax, o yaman yandırır”.
Daha sonra Roza sosial şəbəkədə video paylaşaraq Flora Kərimovanı sevdiyini və onun yanında olduğunu bildirib. Afəti isə tərbiyəsiz adlandırıb.
Qeyd edək ki, Afət Fərmanqızı son günlər xalq artistləri Flora Kərimova və Brilyant Dadaşova ilə qalmaqal yaşayır. Oxu24.com
ŞƏRHLƏR