Qaynar xətt:

(+99450) 247 90 86

"Qardaşım efirə çıxmağa icazə vermirdi" - Nazpəri

\\\"Qardaşım efirə çıxmağa icazə vermirdi\\\" - Nazpəri

ŞOU-BİZNES

348

27.04.2024, 12:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır".

OXU24.COM  xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Elgizlə izlə” verilişində deyib. Sənətçi qardaşının ona efirə çıxmasına icazə vermədiyini bildirib:

"Demək istəyirəm ki, bu cür ailədən çıxan, həyatı da, özü də musiqi ilə alovlanan hazır müğənniyə icazə vermirdilər ki, efirə çıxsın. Qardaşım icazə vermirdi ki, efirə çıxım. Sonunda atamın bir əlacı oldu ki, evliliklə başımı bağlasın. Amma onda da qardaşım mənə mane olurdu, əl çəklmirdi. Ailə qurduqdan sonra həyat yoldaşım mənə toylara getməyə icazə verdi. Yalnız qadınlardan ibarət qız toylarına gedirdim"