Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10312
az

Könül Xasıyeva ölən atasından danışdı: “Elə bilirəm geri qayıdacaq”

20:4225 Fevral, 2019
596
ŞOU-BİZNES
  • A
Xəbər verdiyimiz kimi, xalq artisti Könül Xasıyeva "Hər şey daxil” verilişinin qonağı olub.

Xanəndə atasının altı aydır xəstə olduğunu bildirib:

"Altı aydır Şəkidəyəm. Atamın nasaz vaxtları idi. Dedi ki, elə istərdim ki, evimizi təmir etdirəm. Birinci atamın otağını təmir etdirdim. Tam hazır vəziyyətini görə bilmədi. Son nəfəsində yanında oldum. Saat birin yarısı idi, əli ilə mənə saatın iki olduğunu göstərdi. Elə həmin saatda da dünyasını dəyişdi. Oradan da mənə məlum oldu ki, ölümqabağı insana nələrsə deyilirmiş. Bir gün gələn, bir gün gedər. Amma insan qəbul edə bilmir. 51 yaşım var, amma yenə də elə bilirəm ki, atam geri qayıdacaq. Anamın yaddaşı yerində deyil. Hərdən soruşur ki, atanız haradadır? Deyirik ki, qonşudadır, gələcək. Sonra yaddaşı yerinə qayıdanda bilir ki, atam rəhmətə gedib. Ağlamağa başlayır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azər Baxşəliyev dəfn olundu - Fotolar/Yeniləndi
İlkin Həsənidən Azərlə bağlı AÇIQLAMA: "Bu gecə son gecədir"
Azər Baxşəliyevə böyrək köçürüləcək? - Açıqlama

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Bayram günlərində 10 nəfərin meyiti tapılıb, 252 yanğın olub- Video