Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100707
az

Aygün Bəylərlə vida mərasimi keçirilir - Yenilənir - FOTO

11:1808 Yanvar, 2024
403
ŞOU-BİZNES
  • A

11:12

Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Əməkdar artist Aygün Bəylərlə vida mərasimi keçirilir.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, Əməkdar artisti son mənzilə yola salmağa mədəniyyət və incəsənət xadimləri, Aygün Bəylərin həmkarları, doğmaları və yaxınları gəlib.

Vida mərasimi saat 13:00-dək davam edəcək, sonra isə Aygün Bəylər Suraxanı qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.

Xatırladaq ki, Azərbaycanın əməkdar artisti Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada ağır xəstəlikdən dünyasını dəyişib.

Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 13 yaşında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olur. Məhz bu dövrdə onun peşəkar səhnədə ilk çıxışı, xarici ölkələrə, ölkənin müxtəlif şəhər və rayonlarına qastrol səfərləri baş tutur.

1995-ci ildə, 20 yaşında ikən əfsanəvi Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradan Aygün Bəylər geniş konsert fəaliyyətinə başlayır, eləcə də milli incəsənəti xaricdə təmsil edir.

1998-ci ildə Aygün Bəylər Azərbaycan Dövlət Konservatoriyasının (hazırki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) xanəndəlik (muğam ifaçısı) fakültəsinə daxil olur, burada onun müəllimləri Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev və başqaları olub.

2005-ci ildə Aygün Bəylər Özbəkistanın Səmərqənd şəhərində keçirilən Beynəlxalq Folklor Festivalının qalibi olur. O, Fransa, İspaniya, Mərakeş, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İsveç, Danimarka və s. ölkələrdə konsert proqramları ilə çıxış edib.

--------

11:03


Əməkdar artist Aygün Hümbətova (Bəylər) ilə vida mərasimi başlayıb.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, mərasim S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilir.

Sənət dostları A. Bəylərlə vidalaşmaq üçün bura toplaşır.

Əməkdar artist Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq.

--------

10:56


Əməkdar artist Aygün Bəylərlə vida mərasimi başlayıb.

OXU24.COM xəbər verir ki, sənətçinin nəşi bacısının evindən Səttar Bəhlulzadə adına Mədəniyyət evinə aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Xəstəliyini əvvəldən bilirdim, dedi ki, atamı Türkiyəyə gətirmişəm"
Sevil xəstəxanaya yerləşdirildi - FOTO
Xalq artisti bağ evini SATIR: "Artıq yerimə qabiliyyətini itirdiyi üçün..." - FOTO

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü