Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1001
13.03.2022, 10:45
Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar çox səmimi və çətin olub.
Oxu24.com-un məlumatına görə, bu barədə BFMTV telekanalı Yelisey Sarayına istinadən xəbər verib.
Qeyd olunur ki, Rusiya tərəfinin Ukrayna hərbçiləri tərəfindən humanitar hüququ kobud pozması ilə bağlı dedikləri reallığa uyğun gəlmir.
Telekanalın məlumatına görə, Makron və Şolts yenidən Putini hazırkı vəziyyətin humanizm nöqteyi-nəzərindən dözülməz olduğu Mariupolda atəşi dərhal dayandırmağa və mühasirəni dayandırmağa çağırıblar.
Həmçinin Fransa Rusiya Federasiyasının hərbi əməliyyatı dayandırmaq üçün heç bir istək nümayiş etdirmədiyi üçün Avropa İttifaqının yaxın bir neçə saat ərzində bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Qeyd edək ki, Putin Makron və Şoltsla Rusiyanın Ukraynaya qarşı tələblərinin həyata keçirilməsi üçün hazırlanan razılaşmalarla bağlı məsələləri müzakirə edib.
Rusiya Ukraynaya qarşı müharibəni fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub.
Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb.
Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.
“Bu ölkə tezliklə məhv olacaq” — Vanqanın yeni öncəgörməsi üzə çıxdı, Rusiya...
21:43 / 02 Noyabr 2026
197
21:39 / 02 Noyabr 2026
36
21:30 / 02 Noyabr 2026
40
21:30 / 02 Noyabr 2026
60
21:19 / 02 Noyabr 2026
56
21:13 / 02 Noyabr 2026
61
21:13 / 02 Noyabr 2026
75
21:06 / 02 Noyabr 2026
140
21:01 / 02 Noyabr 2026
75
21:00 / 02 Noyabr 2026
94
20:47 / 02 Noyabr 2026
82
20:36 / 02 Noyabr 2026
148
20:34 / 02 Noyabr 2026
106
20:26 / 02 Noyabr 2026
1360
20:23 / 02 Noyabr 2026
86
20:22 / 02 Noyabr 2026
82
20:16 / 02 Noyabr 2026
166
20:11 / 02 Noyabr 2026
89
20:00 / 02 Noyabr 2026
96
19:56 / 02 Noyabr 2026
105
19:55 / 02 Noyabr 2026
225
19:44 / 02 Noyabr 2026
112
19:33 / 02 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.