Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə Nazirliyi açıqlama yaydı: Düşmən bu istiqamətdə...

Müdafiə Nazirliyi açıqlama yaydı: Düşmən bu istiqamətdə...

SON DƏQİQƏ

721

15.02.2022, 12:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Habelə, məlumatda bildirilib ki, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub:

"Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb".

ŞAD XƏBƏR! Prezident mühüm fərman imzaladı: Pullar artırıldı