Qaynar xətt:

(+99450) 247 90 86

FHN açıqlama yaydı

FHN açıqlama yaydı

SON DƏQİQƏ

402

16.01.2022, 18:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda intihara cəhdin qarşısı alınıb.

Bu barədə  Oxu24.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azərbaycanda orta aylıq maaşlar ARTIRILIR – Yeni ARTIM FAİZİ AÇIQLANDI