Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə ordusu Rusiyanın pilotsuz uçuş aparatını ələ keçirdi: Ruslar ŞOKDA

Türkiyə ordusu Rusiyanın pilotsuz uçuş aparatını ələ keçirdi: Ruslar ŞOKDA

SON DƏQİQƏ

1935

14.10.2021, 14:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin "Koral" REM kompleksi Suriya ərazisində Rusiyaya məxsus çox məqsədli hərbi kəşfiyyat üçün istifadə edilən Orlan-10 pilotsuz təyyarəsini zərərsizləşdirərək, yerə endirib.

Oxu24.com  xəbər verir ki, bu barədə İspaniyanın Avia.es portalında məlumat yayılıb. Bildirilir ki, hadisə Mareə şəhəri yaxınlığında baş verib.

Orlan-10 pilotsuz təyyarəsi müxalif qüvvələrin mövqeyində kəşfiyyat məlumatları toplamaq üçün uçuş həyata keçirərkən, türklər tərəfindən hədəfə alınıb.

Yayılan fotolarda pilotsuz uçuş aparatında güllə izlərinin olmaması diqqət çəkib. Məlumata görə, fotoları müxalif qüvvələr yayıb.

Bu isə pilotsuz aparatın elektron sistemlərlə zərərsizləşdirdiyini deməyə əsas verir. Hadisənin nə vaxt baş verdiyi barədə məlumat yoxdur.

Metbuat.az