Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2117
18.09.2021, 22:38
"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqlarını yerinə yetirməkdə davam edir".
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin 18 sentyabr 2021-ci il tarixinə olan fəaliyyəti haqqında məlumat bülletenində bildirilib.
"2021-ci il sentyabrın 17-də Şuşa bölgəsində Dağlıq Qarabağın silahlı birləşmələrinin postlarına 3 dəfə atəş açılması qeydə alınıb. Erməni tərəfinin verdiyi məlumata görə, atəş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərindən atılıb. Atışma nəticəsində Dağlıq Qarabağın silahlı birləşmələrinin iki hərbçisi yaralanıb. Sülhməramlı kontingent komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırma aparır", - deyə açıqlamada qeyd olunub.
Məlumata görə, rus sülhməramlıları Xocavənd, Xocalı və Ağdərə bölgələrində üç marşrut boyunca patrul xidməti aparıblar:
"Rusiya sülhməramlı kontingentinin minalardan təmizləmə qrupları obyektləri və ərazini minalardan çıxarmağa davam edir.
Gün ərzində 0,75 hektar ərazi partlamamış hərbi sursat və partlayıcı obyektlərdən təmizlənib, 57 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.
23 Noyabr 2020 -ci ildən bu yana 2291 hektar ərazi, 683 km yol, 1937 bina partlamamış hərbi sursatdan təmizlənib, 26017 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib".
Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır. (redaktor.az)
21:12 / 10 Noyabr 2026
34
21:10 / 10 Noyabr 2026
37
20:56 / 10 Noyabr 2026
47
20:54 / 10 Noyabr 2026
117
20:46 / 10 Noyabr 2026
83
20:35 / 10 Noyabr 2026
98
20:17 / 10 Noyabr 2026
87
20:10 / 10 Noyabr 2026
958
19:59 / 10 Noyabr 2026
97
19:58 / 10 Noyabr 2026
94
19:52 / 10 Noyabr 2026
102
19:52 / 10 Noyabr 2026
94
19:43 / 10 Noyabr 2026
102
19:40 / 10 Noyabr 2026
124
19:26 / 10 Noyabr 2026
108
19:20 / 10 Noyabr 2026
642
19:06 / 10 Noyabr 2026
139
18:58 / 10 Noyabr 2026
822
18:56 / 10 Noyabr 2026
118
18:39 / 10 Noyabr 2026
241
18:26 / 10 Noyabr 2026
581
18:25 / 10 Noyabr 2026
167
18:19 / 10 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.