Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2683
07.09.2021, 11:12
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutularaq məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan İlkin İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildə olan sərnişinlərin üzərilərində psixotrop maddə daşımalarına dair polisə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbir zamanı nəqliyyat vasitəsi şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb və onlar şübhəli şəxs qismində şöbəyə gətiriliblər.
Şəxsi axtarış zamanı sərnişinlərdən, Mingəçevir şəhər sakinləri - Viktoriya Butsıkina və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunmuş Emin Cəfərovdan kağız, eləcə də sellofan bükümlərdə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı psixotrop maddəni V.Butsıkinanın E.Cəfərovun ona verdiyi 50 manat pulla adı hələlik istintaqa məlum olmayan şəxsdən aldığı, daha sonra əldə etdikləri metamfetamini öz aralarında böldükləri müəyyən edilib.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Sevinc Quliyeva şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 8 ədəd bükümdə metamfetamin aşkarlanaraq götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub və faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

23:59 / 10 Noyabr 2026
24
23:57 / 10 Noyabr 2026
37
23:55 / 10 Noyabr 2026
105
23:53 / 10 Noyabr 2026
52
23:47 / 10 Noyabr 2026
1126
23:43 / 10 Noyabr 2026
77
23:39 / 10 Noyabr 2026
102
23:28 / 10 Noyabr 2026
283
23:27 / 10 Noyabr 2026
195
23:17 / 10 Noyabr 2026
603
23:15 / 10 Noyabr 2026
162
23:00 / 10 Noyabr 2026
94
22:58 / 10 Noyabr 2026
110
22:55 / 10 Noyabr 2026
108
22:35 / 10 Noyabr 2026
105
22:30 / 10 Noyabr 2026
287
22:27 / 10 Noyabr 2026
91
22:19 / 10 Noyabr 2026
109
22:04 / 10 Noyabr 2026
182
21:55 / 10 Noyabr 2026
585
21:51 / 10 Noyabr 2026
101
21:49 / 10 Noyabr 2026
233
21:46 / 10 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.