Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1600
10.02.2021, 09:40
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən Oxu24.com-a verilən xəbərə görə, fevral ayının 8-də həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqram 710 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələrin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.
Belə ki, həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Arayatlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi məqsədilə Füzuli rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən “VAZ-2107” markalı 15-BJ-205 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması diqqəti cəlb edib.
Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb. Saxlanılan şəxsin öz hərəkətlərini maskalamaq məqsədilə hadisə yerinə içərisində öz ailə üzvləri olan avtomobildə gəlməsi də aşkar olunub. Saxlanılan şəxsin Qazax rayon sakini 1982-ci il təvəllüdlü Məmmədov Xəyyam Camal oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 9 kiloqram 160 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələraşkar olunaraq götürülüb. Eyni tarixdə Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 2 ədəd torbanın içərisində təxmini çəkisi 2 kiloqram 550 qram narkotik vasitəyə oxşar maddələr aşkarlanaraq götürülüb. Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.