Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48395
az

SON DƏQİQƏ! Azərbaycan bu ölkələrə qadağa tətbiq etdi

20:1108 Fevral, 2021
2641
SON DƏQİQƏ
  • A

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan  Oxu24.com-a  verilən xəbərə görə, daxil olan məlumatlara əsasən, Fransa Respublikasının Qrand Est (Grand Est) inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, Almaniya Federativ Respublikasının Reynland-Pfalts (Rheinland-Pfalz) və Belçika Krallığının Lüksemburq (Luxembourg) inzibati ərazi vahidlərində blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Almaniya Federativ Respublikasının Reynland-Pfalts və Belçika Krallığının Lüksemburq inzibati ərazi vahidlərindən bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Fransa Respublikasının Qrand Est inzibati ərazi vahidindən isə bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Belçika Krallığından, Almaniya Federativ Respublikasından və Fransa Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi
“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı
Bakıda və Abşeronda külək güclənəcək

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı