Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
4999
28.01.2021, 15:31
Dolların məzənnəsinin artmasının, habelə koronavirus üzündən tələbatın gələcəyinin müəmmalı olmasının təsirilə neft bugünkü hərraclarda bir az da ucuzlaşıb.
Oxu24.com xəbər verir ki, Bakı vaxtı ilə saat 13:50-yə olan vəziyyətə görə, “Brent” markalı neftin aprel fyuçersləri 0,63 faiz ucuzlaşaraq 55,18 ABŞ dollarından, mart fyuçersləri 0,77 faiz ucuzlaşaraq 55,38 dollardan, WTI markalı neftin də mart fyuçersləri 0,72 faiz ucuzlaşaraq 52,47 dollardan satılıb.
Bununla yanaşı, başlıca pul vahidlərinə qarşı məzənnəsi artan ABŞ dollarının indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşı olan 6 ölkənin valyutalarına qarşı məcmu məzənnə) dünən 0,5 faiz, bu gün də 0,1 faiz artıb. Nəticədə daha çox dollarla satılan neft və s. xammal məhsullarının başqa valyuta sahibləri üçün bahalaşdığına görə həmin məhsullara tələbat azalır.
Koronavirus pandemiyası ilə bağlı vəziyyət də dünya iqtisadiyyatının dirçəlməsinə, o cümlədən neftə tələbatın artmasına dair şübhələrin qalmasına səbəb oldu. Dünən Böyük Britaniyada ölkəyə giriş-çıxışlarla bağlı qaydalar sərtləşdirilib. İki həftədən sonra Ay təqvimilə Yeni İli qarşılamağa hazırlaşan Çində isə əhali bayram tətilləri zamanı imkan daxilində səyahətlərə çıxmamaqla bağlı xəbərdar edilib. Xatırladaq ki, Çin ən böyük neft idxalçısıdır.
“Axi”nin dünya bazarları üzrə eksperti Stefen İnnes “Reuters”ə bildirib ki, koronavirusa qarşı peyvənd işlərinin ləng aparılması cari ilin ikinci rübündə neftə tələbatla bağlı mühüm çətinliklər yaşanacağı şəksiz görünür.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.