Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Navalnı HƏBS OLUNDU

SON DƏQİQƏ! Navalnı HƏBS OLUNDU

SON DƏQİQƏ

2491

17.01.2021, 22:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı hava limanında saxlanılıb.

Bu barədə "Report” RİA "Novosti”yə istinadən xəbər verir.

Aleksey Navalnı Şeremetyevo Hava Limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.

Qeyd edək ki, A.Navalnı ötən il avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib.

O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki "Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında "Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Müalicə alaraq sağalan Aleksey Navalnı bu gün Almaniyadan təyyarə ilə Moskvaya gəlib.