Ölməmişdən əvvəl bu tikilidə gecələyibmiş.. - Video
14 Noyabr 2026, 12:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
50
14.11.2026, 13:03
Sosial mediada yayılan məlumatlara görə Yaxın Şərqdə 30-a yaxın şəhərdə südverən qadınları üzərində tibbi-kliniki tədqiqat aparıblar. Nəticədə ana südü inək südü ilə müqayisədə 3 dəfə daha çox toksik göstərici verib. Ağır metalların südəmər körpəyə təsiri daha çox autizm spektr pozuntusu, nitq inkişaf ləngiməsi, zəka geriliyi, sinir inkişaf ləngiməsi kimi ağır xəstəliklərin rast gəlmə tezliyinə gətirib çıxardıb.
Bu məlumatlar nə dərəcədə doğrudur? Ana südü körpənin sağlamlığı üçün təhlükə yarada bilərmi?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən ginekoloq Gülnar Ağayeva bildirib ki, hazırda autizmin yaranma səbəbləri tam müəyyənləşdirilməyib: Sərfəli qiymətə məhsullar
“Bu sahədə müxtəlif araşdırmalar aparılır. Autizmin yaranmasında genetik amillərin mühüm rol oynadığı məlumdur. Hamiləlik dövründə baş verən bəzi amillərin də uşağın inkişafına təsir göstərə biləcəyi araşdırılır.
Ana südü ilə ağır metalların körpəyə keçməsi məsələsinə gəlincə, ağır metallar insan orqanizminə əsasən qida və ətraf mühit vasitəsilə daxil olur. Məsələn, bəzi balıq növlərində, xüsusilə köpək balığında və iri yırtıcı balıqlarda civə kimi ağır metalların miqdarı yüksək ola bilər. Həmçinin çirklənmiş torpaqda yetişdirilən tərəvəz və meyvələrdə, eləcə də bəzi sənaye məhsullarında ağır metallara rast gəlinə bilər. Civə, kadmium və arsen kimi maddələr bu qrupa daxildir.
Lakin ağır metalların ana südü vasitəsilə körpəyə keçməsi onların mütləq şəkildə uşaqda ciddi pozuntulara səbəb olacağı demək deyil. Bu maddələrin təsiri onların növündən, miqdarından və məruzqalma müddətindən asılıdır. Ana südünün verilməməsi isə bu riski aradan qaldırmaq üçün düzgün yanaşma hesab olunmur”.
Ginekoloq qeyd edib ki, autizmi olan bəzi uşaqların müayinəsi zamanı qanlarında ağır metallar aşkar edilə bilər:
“Ancaq bu fakt həmin maddələrin autizmə səbəb olduğunu sübut etmir. Elə hallar da var ki, analar uşaqlarını ana südü ilə qidalandırmayıblar, lakin uşaqlarda autizm spektr pozuntusu müşahidə olunub. Bu da autizmin yalnız ana südü ilə əlaqələndirilməsinin düzgün olmadığını göstərir.
Autizmin səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, onun yaranmasını yalnız qidalanma, stress və ya şüalanma ilə izah etmək mümkün deyil. Elmi araşdırmalarda genetik amillərin mühüm əhəmiyyəti vurğulanır. Mobil telefonların, kompüterlərin və digər elektron cihazların yaratdığı şüalanmanın autizmə səbəb olduğunu təsdiqləyən yetərli elmi sübut da yoxdur.
Ağır metallar müəyyən miqdarda insanların orqanizminə qida və ətraf mühit vasitəsilə daxil ola bilər. Lakin onların aşkarlanması avtomatik olaraq autizm və ya digər beyin pozuntularının yaranacağı anlamına gəlmir. Buna görə də ana südündə ağır metalların mövcudluğunu autizmin birbaşa səbəbi kimi təqdim etmək doğru deyil. Ana südü ilə qidalanmanın faydaları nəzərə alınmalı, mümkün risklər isə elmi məlumatlar əsasında qiymətləndirilməlidir”.
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
00:02 / 14 Noyabr 2026
1335
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.