Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?
14 Noyabr 2026, 10:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
39
14.11.2026, 10:36
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərviz Hacıyev dindirilib.
Proses zamanı maraqlı detallar açıqlanıb, tərəflər arasında sərt mübahisələr yaşanıb. Hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə "Azenco"nun nümayəndəsi prosesin qapalı keçirilməsini xahiş edib. O, şirkətin həm ölkə daxilində, həm də xaricdə geniş əlaqələrə malik olduğunu əsas gətirərək, müzakirə olunan məsələlərin ictimaiyyətə açıqlanmasını məqsədəuyğun hesab etməyib. Lakin müdafiə tərəfinin etirazından sonra məhkəmə vəsatəti təmin etməyib.
Dindirilən Pərviz Hacıyev bildirib ki, Vüqar Əliyevi 2023-cü ildən tanıyır və şirkətdə bütün maliyyə məsələləri onun birbaşa nəzarətində olub.
Şahid qeyd edib ki, şirkət Özbəkistandakı tərəfdaşlarla işlərin görülməsi üçün əvvəlcə 16 milyon manatlıq müqavilə bağlamağı planlaşdırıb:
"Sonradan Vüqar Əliyev məbləği əvvəlcə 14 milyon manata, daha sonra isə 8 milyon manata endirdi. Səbəbini soruşanda Özbəkistan şirkətinin maliyyə imkanlarının çatmadığını dedi. Biz bu layihədən cəmi 3 milyon manat qazanc götürdük".
Pərviz Hacıyev Sinqapurda yerləşən hər hansı şirkətlə tender müqaviləsi bağlanmasından xəbərsiz olduğunu da vurğulayıb.
10:17 / 14 Noyabr 2026
21
09:59 / 14 Noyabr 2026
69
09:46 / 14 Noyabr 2026
79
09:30 / 14 Noyabr 2026
72
09:29 / 14 Noyabr 2026
100
09:23 / 14 Noyabr 2026
94
08:09 / 14 Noyabr 2026
1310
01:15 / 14 Noyabr 2026
162
00:40 / 14 Noyabr 2026
314
00:02 / 14 Noyabr 2026
1194
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
171
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
160
23:17 / 13 Noyabr 2026
432
23:09 / 13 Noyabr 2026
187
23:05 / 13 Noyabr 2026
153
23:02 / 13 Noyabr 2026
339
22:53 / 13 Noyabr 2026
165
22:49 / 13 Noyabr 2026
156
22:41 / 13 Noyabr 2026
159
22:36 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.