Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Türkiyə sahillərində gəmi iki hissəyə bölündü: Ölənlər var

SON DƏQİQƏ! Türkiyə sahillərində gəmi iki hissəyə bölündü: Ölənlər var

SON DƏQİQƏ

2509

17.01.2021, 18:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib.

Oxu24.com -un  xəbərinə görə,  Bartın Valisi Sinan Güner, Qara dənizdə  batan gəmidəki digər heyətin də xilas olunma işlərinin davam etdiyini deyib.

“Arvin” adlı gəminin Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana üzdüyünü bildirən valinin sözlərinə görə, yüklü gəmi fırtınaya düşdüyü üçün yardım almaq məqsədilə Türkiyədə Bartın limanına girmək istəyib:

“Liman kiçik olduğu üçün gəmi sahilə yan almaq üçün gözləmə vəziyyətində olub və o anda qəzaya uğrayıb. Gəmi Türkiyəyə məxsus olmadığı üçün və çətin hava şəraitində ilkin mərhələdə gəminin Rusiyaya məxsus olduğunu təxmin etdik, sonradan Palau bayraqlı olduğunu öyrəndik”.

Vali  gəmidəki heyətdə 2-nin Rusiya, 10-nun Ukrayna vətəndaşı olmaqla ümumilikdə 12 nəfərin olduğunu deyib.

Qeyd edək ki, təxminən bir saat öncə gəmi limana yaxınlaşmazdan öncə ortadan ikiyə bölünüb.