Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
3808
16.01.2021, 08:46
Ermənistanda Azərbaycanın zəfəri və Qarabağın azad edilməsi ilə nəticələnən 44 günlük müharibədə verdikləri itkilərin maddi tərəfini hesablamağa çalışırlar.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu işə ilk dəfə “Hərbi qulluqçuların sığortalanması fondu”nun himayəçilər Şurasının üzvü, ekspert Mesrop Manukyan cəhd edib. Onun hesablamalarına görə, baş nazir Nikol Paşinyan Ermənistana və erməni xalqına cəmi 38.4 milyard dollar ziyan vurub.
“İnsan itkiləri 7 milyard dollar (bura 4500 həlak olan və itkin düşən hərbçi, 5 minə yaxın 1-ci qrup əlil, 6 minə yaxın 2-ci qrup əlil daxildir), “Hayastan” ümumerməni fondunun Azərbaycanın nəzarətinə keçən ərazilərə yatırdığı 150 milyon dollar. Təkcə Şuşada 15 milyon dollarlıq layihə icra olunmuşdu, Zod qızıl yatağının itirilməsindən 8 milyard dollara yaxın, bank sisteminin itkiləri 1 milyard dollara yaxın, infrastruktura dəyən ziyan 2 milyard dollar, müdafiə sisteminə dəyən ziyan 2 milyard dollar...”,-Manukyan hesablamaqda davam edir.
Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan isə parlamentdə deputatların sorğusuna cavab olaraq deyib ki, Qarabağdakı hadisələrə görə erməni istehlakçılar daha bahalı elektrik enerjisi istifadə etməli olacaqlar. Çünki Ermənistan müharibəyə qədər Qarabağdan, yəni işğal edilmiş Azərbaycan ərazilərindən ucuz qiymətə 330 milyon kilovatt elektrik enerjisi alırdı.
Qeyd edək ki, Ermənistan on illərdir işğal etdiyi Azərbaycan ərazilərində yeraltı və yerüstü sərvətləri talan etməklə məşğul idi. İndi Azərbaycan bu torpaqları azad edəndən sonra Ermənistana qarşı beynəlxalq məhkəmələrdə təzminat iddiası qaldırmağa hazırlaşır. Prezident İlham Əliyev bu haqda bir neçə dəfə bəyan edib və artıq müvafiq göstərişlər verib, beynəlxalq mütəxəssislərin də işğal nəticəsində dəyən ziyanın hesablanması işinə cəlb olunması tapşırılıb.
14:15 / 14 Noyabr 2026
1
14:09 / 14 Noyabr 2026
36
13:50 / 14 Noyabr 2026
570
13:48 / 14 Noyabr 2026
81
13:16 / 14 Noyabr 2026
70
13:03 / 14 Noyabr 2026
80
12:49 / 14 Noyabr 2026
102
12:25 / 14 Noyabr 2026
99
12:09 / 14 Noyabr 2026
112
11:58 / 14 Noyabr 2026
111
11:50 / 14 Noyabr 2026
96
11:39 / 14 Noyabr 2026
95
11:32 / 14 Noyabr 2026
106
11:19 / 14 Noyabr 2026
116
11:09 / 14 Noyabr 2026
112
11:00 / 14 Noyabr 2026
130
10:58 / 14 Noyabr 2026
118
10:46 / 14 Noyabr 2026
128
10:36 / 14 Noyabr 2026
120
10:17 / 14 Noyabr 2026
111
09:59 / 14 Noyabr 2026
125
09:46 / 14 Noyabr 2026
133
09:30 / 14 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.