Müəllim və şagirdləri faciəli şəkildə ÖLDÜLƏR
14 Noyabr 2026, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
41
14.11.2026, 13:16
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq.
Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.
Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bakıda online alış-veriş
Səhmdar cəmiyyəti xidmət haqqını vaxtında ödəyən abonentlərinə təşəkkür edir və bildirir ki, istehlakçıların böyük əksəriyyətinin müntəzəm ödənişləri xidmət göstərilən ərazilərdə təmir və texniki sazlama işlərinin vaxtında aparılmasına, istilik təchizatının etibarlılığına mühüm töhfə verir.
Qeyd edilib ki, bununla belə, bəzi ərazilərdə, xüsusilə məcburi köçkünlər üçün inşa edilmiş yaşayış komplekslərində ayrı-ayrı binaların sakinləri arasında ödənişdən kütləvi yayınma halları müşahidə olunur: "Belə ki, Ağcabədi rayonunda istehlak edilmiş 121,3 min manat dəyərində xidmətin müqabilində cəmi 17,5 %, Tərtər rayonunda 255,2 min manat xidmətin müqabilində 24,6 %, Bərdə rayonunda 319,6 min manat dəyərində xidmətin müqabilində 29,5 %, Goranboy rayonunda 93,4 min manat dəyərində xidmətin müqabilində 46 %, Sabunçu rayonu Ramana qəsəbəsində 63,5 min manat dəyərində xidmətin müqabilində 33,4 %, Sumqayıt şəhərində 173,7 min manat dəyərində xidmətin müqabilində 41,6 % ödəniş edilib ki, bu da həmin ərazilərdə zəruri təmir və texniki xidmət işlərinin vaxtında maliyyələşdirilməsini çətinləşdirir və hətta mümkünsüz edir. Bindadaxili istilik-mühəndis infrastrukturu ortaq olduğundan, bu işlərin gecikməsi ödənişlərini vaxtında edən sakinlərin də xidmət keyfiyyətinə təsir göstərə bilər".
Qurum bütün abonentlərin borclarını ödəməyə və cari ödənişləri vaxtında etməyə çağırır: "Hər bir istehlakçının ödəniş intizamı həm öz mənzilinin, həm də qonşularının dayanıqlı istilik təminatı üçün əhəmiyyətlidir".
13:50 / 14 Noyabr 2026
1
13:48 / 14 Noyabr 2026
15
13:03 / 14 Noyabr 2026
58
12:49 / 14 Noyabr 2026
82
12:25 / 14 Noyabr 2026
91
12:09 / 14 Noyabr 2026
108
11:58 / 14 Noyabr 2026
108
11:50 / 14 Noyabr 2026
90
11:39 / 14 Noyabr 2026
92
11:32 / 14 Noyabr 2026
103
11:19 / 14 Noyabr 2026
109
11:09 / 14 Noyabr 2026
107
11:00 / 14 Noyabr 2026
123
10:58 / 14 Noyabr 2026
114
10:46 / 14 Noyabr 2026
121
10:36 / 14 Noyabr 2026
113
10:17 / 14 Noyabr 2026
103
09:59 / 14 Noyabr 2026
123
09:46 / 14 Noyabr 2026
130
09:30 / 14 Noyabr 2026
119
09:29 / 14 Noyabr 2026
146
09:23 / 14 Noyabr 2026
302
08:09 / 14 Noyabr 2026
1781
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.