Qaynar xətt:

(+99450) 247 90 86

Tovuzdan acı xəbər: Ölən və yaralılar var

Tovuzdan acı xəbər: Ölən və yaralılar var

SON DƏQİQƏ

1095

12.10.2020, 21:09

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. 1965-ci il təvəllüdlü Alıyev Aliq Qəmbər oğlu idarə etdiyi daşla dolu “KamAZ” markalı yük maşınını aşırıb. Nəticədə rayonun Aşağı Mülkülü kənd sakini, 1982-ci il təvəllüdlü Əsgərov Elburus Cəmil oğlu hadisə yerində ölüb. Aşağı Mülkülü kənd sakinləri - sürücü,1989-cu il təvəllüdlü Əmrahov Amil Nazimoğlu,1991-ci il təvəllüdlü Əmrahov Emil Nazimoğlu və daha 2 nəfər isə xəsarət alıb. Onlardan birinin xəsarəti yüngül olduğundan hadisə yerində müayinə olunaraq evə buraxılıb. Digər yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yaralılar deformasiyaya uğramış avtomobildən FHN-in xilasediciləri tərəfindən çıxarılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.