Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39444
az

Son dəqiqə! Rusiya Dövlət Duması Dağlıq Qarabağda vəziyyətə dair bəyanat qəbul edib

15:1829 Sentyabr, 2020
2423
SON DƏQİQƏ
  • A
Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı hərbi əməliyyatların dayandırılmasına və münaqişənin sülh yolu ilə nizamlanması üçün vasitəçilik edilməsinə dair hazırlanmış bəyanat layihəsinə baxılıb. APA-ın Moskva müxbirinin verdiyi xəbərə görə, Dumanın MDB üzrə Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi tərəfindən hazırlanan bəyanat layihəsi səsə qoyularaq qəbul edilib. Bəyanatda münaqişə zonasında çoxsaylı insan ölümünə səbəb olan vəziyyətin kəskin gərginləşməsindən ciddi narahatlıq əksini tapıb, tərəflərin güc tətbiq etməsi kəskin şəkildə qınanılıb: “Dövlət Duması dərhal atəşkəsə ehtiyac olduğunu, bölgədə qarşıdurmanın artmasının qarşısının alınmasını və vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını elan etmək niyyətindədir. Dövlət Dumasının deputatları tərəfləri danışıqlar prosesinə ən qısa müddətdə qayıtmağa çağırır, vəziyyəti sabitləşdirmək üçün vasitəçilik göstərməyə hazırdır olduqlarını bildirirlər”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! İsraildə terror oldu
Baş Prokurorluq açıqlama yaydı
Sonuncu kurs tələbəsinin meyitiTAPILDI

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Məşhur şirkətin regional direktoru bu ölkədə ÖLDÜRÜLDÜ -FOTO