Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! ÜST dünya ölkələrinə müraciət etdi: Karantini...

SON DƏQİQƏ! ÜST dünya ölkələrinə müraciət etdi: Karantini...

SON DƏQİQƏ

596

17.09.2020, 19:57

“Avropada sentyabr ayında alınan rəqəmlər hamı üçün həyəcan siqnalı olmalıdır. Çünki qeydə alınan yoluxma hallarının sayı mart və aprel aylarına nisbətən daha çoxdur”.
 
Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bunu ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge deyib.
ÜST həmçinin bir neçə ölkənin karantin müddətini azaltmaq qərarından narahatlığını da dilə gətirib.
“Karantinin, kiçik müddətə olsa belə, azaldılmasının insanlara və cəmiyyətə necə böyük təsir edə biləcəyini bilirik”, - H.Klüge bildirib.
 
O, region ölkələrini mütəxəssislərlə əməkdaşlıq edərək standart elmi prosedurlara riayət etməyə və karantinləri təhlükəsiz şəkildə azaltmaq üçün yollar axtarmağa çağırıb.