Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
4399
15.09.2020, 20:20
FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu gün məhkəməsi keçirilib.
Oxu24.com xəbər verir ki, 15 ilə qədər həbsi istənilən Mənsimov məhkəmədə ifadə verib.
1993-cü ildən ailəsi ilə Türkiyədə yaşadığını bildirən Mənsimov qeyd edib ki, əleyhinə ifadə verənlər uzun müddət onun rəhbərliyi altında çalışıb:
“Bəziləri dələduzluq etdikləri üçün işdən çıxarılıb. Onların şirkətə ziyan vurması ilə bağlı məhkəməyə müraciət olunub”.
Mənsimov FETÖ terror təşkilatına üzv olmaq iddiasına da münasibət bildirib:
“Atatürk və türk milləti sevdalısıyam. Mən heç vaxt xain təşkilatın içində olmamışam. 15 ildir yanımda çalışan insanların ağlına indi gəlib FETÖ-çü olduğum? Mənim ailəmdə də şəhidlər olduğun üçün polislərə, hüquq-mühafizə təşkilatlarına yardım edirəm. Məzhəbim Şiədir və məzhəbimdə təriqət yoxdur”.
Mənsimov ifadəsində hazırda FETÖ fərarisi kimi axtarışda olan iş adamı İhsan Kalkavanla münasibətinə də aydınlıq gətirib. O bildirib ki, Kalkavanla ancaq ticarət işləri ilə əlaqədar görüşüb. Mənsimov Kalkavanın FETÖ-çü olmasından bixəbər olduğunu qeyd edib.
Mənsimov ifadəsində iki dəfə Fətullah Gülənlə görüşdüyünü də bildirib:
“İlk görüş məni iftar üçün Amerikaya çağırmaları ilə olub. Mən də o gün içki içmişdim. Bu səbədən getmək istəməsəm də, israr etdilər. “Hoca” deyilən adam yanında oturmağımı istədi. Mən də “içkiliyəm, qalxa bilərəm?” dedim. O isə cavabında “Bu, səninlə Allah arasında olan bir şeydir” dedi. Bir din adamının bunu deməsi mənə çox gülməli gəldi. O, bizə evini gəzdirdi. Gəzərkən evdə üzərində Azərbaycan yazılan bir şüşə gördüm. Fətullah Gülənə “bu nədir?” dedim. Cavabında bildirdi ki, bunu iyləyib, iyləyib sakitləşirəm. Mən də “təyyarəyə minib gedin də, niyə şüşəni iyləyirsiz?” dedim. Bu məqamda biri qolumdan çəkib dedi ki, danışıqlarına fikir ver. O dəvətdəki siyasətçilər və iş adamları ilə mübahisə etdim, daha sonra oradan ayrıldım.
Mənsimov bildirib ki, o dəvətdən sonra Fətullah Gülən camaatınn hədəf taxtasına çevrilib.
Məhkəmə sədrinin Gülənin ona təsbeh verməsi ilə bağlı sual ünvanlayıb. Mənsimovun cavabı isə belə olub:
“O təsbehi min dollara satdım. FETÖ-nün heç bir qurumuna yardım etməmişəm. Mən türk milliyətçisiyəm. Uşaqlarıma “Məni burada dəfn edin deyirəm. Türk ədalətinə inanım sonsuzdur. FETÖ-nün dostu yox, düşmənı olmuşam. Ailəm buradadır, qaçacaq yerim yoxdur. Bəraətimi və sərbəst buraxılmağımı istəyirəm.
Mənsimovun ifadəsindən sonra məhkəmə prosesi davam edib.
Qafqazinfo
16:25 / 16 Noyabr 2026
1
16:17 / 16 Noyabr 2026
30
16:12 / 16 Noyabr 2026
53
16:08 / 16 Noyabr 2026
77
15:45 / 16 Noyabr 2026
58
15:18 / 16 Noyabr 2026
97
15:00 / 16 Noyabr 2026
93
14:30 / 16 Noyabr 2026
139
14:24 / 16 Noyabr 2026
105
14:19 / 16 Noyabr 2026
145
14:14 / 16 Noyabr 2026
107
14:10 / 16 Noyabr 2026
137
14:05 / 16 Noyabr 2026
109
14:00 / 16 Noyabr 2026
104
13:51 / 16 Noyabr 2026
153
13:47 / 16 Noyabr 2026
619
13:41 / 16 Noyabr 2026
132
13:40 / 16 Noyabr 2026
113
13:38 / 16 Noyabr 2026
324
13:35 / 16 Noyabr 2026
104
13:22 / 16 Noyabr 2026
140
13:16 / 16 Noyabr 2026
511
13:10 / 16 Noyabr 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.