Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38882
az

SON DƏQİQƏ! Hava ilə bağlı xəbərdarlıq edildi

20:4713 Sentyabr, 2020
463
SON DƏQİQƏ
  • A

Sentyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin Oxu24.com-a  verdiyi məlumata görə, sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  27-30, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz  olacaq.  Abşeron çimərliklərində cənub küləyi əsəcək.  Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 18-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.   

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Əhaliyə xəbərdarlıq edildi
Şüa Hüseynov vəfat edib
SON DƏQİQƏ! Məşhur şou-biznes nümayəndələrinin həbsi başladı

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü