Qaynar xətt:

(+99450) 247 90 86

Kür çayında 3 nəfər batıb, 1 qız, 2 oğlan

Kür çayında 3 nəfər batıb, 1 qız, 2 oğlan

SON DƏQİQƏ

796

09.07.2020, 20:40

Zərdab rayonunda 3 nəfər Kür çayında batıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu,

2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızı batıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.