Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Prezident generalı işdən çıxardı

SON DƏQİQƏ: Prezident generalı işdən çıxardı

SON DƏQİQƏ

1666

09.07.2020, 10:43

Müdafiə nazirinə yeni müavin təyin edilib.

Müdafiə Nazirliyindən Oxu24.com-a  verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

General-leytenant F. Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.