Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32067
az

SON DƏQİQƏ! - Kürdəmirdə koronavirusa yoluxanların sayı artdı

10:4627 May, 2020
857
SON DƏQİQƏ
  • A
Kürdəmirdə koronavirus infeksiyasına yoluxanların sayı 72 nəfərə çatıb. Oxu24.com xəbər verir ki, bu barədə Kürdəmir rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, sonuncu dəfə götürülən yaxma nümunələrin nəticələrinə əsasən, daha beş rayon sakinində koronavirus əlamətləri aşkar olunub: “Həmin şəxslər dərhal nəzarətə gütürülərək aidiyyəti üzrə xəstəxanaya yerləşdiriliblər. Yeni yoluxanlardan dördü rayonun daha çox yoluxma halı qeydə alınan Sığırlı kənd sakinləridir. Bununla da Sığırlı kəndində virusa yoluxanların ümumi sayı 25 nəfərə çatıb. Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları mövcud vəziyyəti tam nəzarətə götürüblər. Kənddə fəaliyyət göstərən çayxanalar, kafelər eləcə də, insanların sıx toplaşdığı ərazilər müvəqqəti olaraq bağlanıb. Kənddə virusun aşkar olduğu ocaqlarda yaşayan və həmin əraziyə gedib gələnlərdən yaxma nümunələri götürülüb”. “Rayon ərazisində infeksiyaya yoluxan 72 nəfər rayon sakinindən 31 nəfəri müalicəsini başa vurub və sağalaraq evə buraxılıb. Onlardan bir neçəsi tibb işçiləri olub ki, onlar artıq tam sağalaraq işlərinə geri dönüblər. Qalan 41 nəfəri isə hazırda müxtəlif xəstəxanalarda müalicə alır. Bu günə kimi rayonda virusa yoluxanlar arasında ölüm faktı qeydə alınmayıb”, – Kürdəmir RMX-dan bildirilib./report/ Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda faciə: Ölənlər var
XƏBƏRDARLIQ! 3 gün su olmayacaq
Cahangir ƏsgərovaAĞIR İTKİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi