286 nömrəli məktəbdə xəsarət alan şagirdlə bağlı AÇIQLAMA
13 Noyabr 2026, 22:13
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
53
18.11.2026, 15:05
Şagirdlər hansı davranışlarına görə cəzalandırılır? Məktəblərdə kart sisteminin detalları
Son dövrlər təhsil ictimaiyyətində məktəblərdə nizam-intizamın gücləndirilməsi istiqamətində mühüm müzakirələr aparılır. Təhsil müəssisələrində şagirdlərin davranış qaydalarına əməl etməsinə nəzarəti artırmaq məqsədilə müxtəlif mexanizmlər gündəmə gəlir. Bu mexanizmlər sırasında xüsusilə futbol qaydalarını xatırladan qırmızı, sarı və yaşıl kart sisteminin tətbiqi diqqət çəkir.
Valideynləri və şagirdləri maraqlandıran əsas məsələ isə bu kartların konkret olaraq hansı meyarlar üzrə veriləcəyidir. Dərs prosesinə mane olan, məktəb qaydalarını pozan şagirdlərə qarşı hansı sanksiyaların tətbiq olunacağı böyük maraq doğurur. Eyni zamanda, nümunəvi davranışı və təhsil göstəriciləri ilə fərqlənən məktəblilərin hansı formada stimullaşdırılacağı da sual altındadır.
Yeni sistemin şagird psixologiyasına və ümumi tədris mühitinə necə təsir edəcəyi ekspertlər tərəfindən fərqli rakurslardan qiymətləndirilir. Məktəb inventarına zərər vuran və ya kobud davranış sərgiləyən şagirdlərin təhsil prosesindən uzaqlaşdırılması ehtimalı da müzakirə olunan mövzular arasındadır. Bu prosesdə təkcə məktəb rəhbərliyinin deyil, valideynlərin də üzərinə düşən məsuliyyət payı xüsusi önəm kəsb edir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı saytımıza açıqlama verən təhsil eksperti Elçin Əfəndi kart sisteminin tətbiq mexanizmlərinə və gözlənilən nəticələrə aydınlıq gətirib.
Ekspert bildirib ki, şagird davranış qaydaları ötən tədris ilindən etibarən bütün təhsil müəssisələrində tətbiq olunmağa başlayıb:
"Burada əsas məqsəd odur ki, təhsil göstəriciləri yüksək olan və nümunəvi davranan şagirdlərə yaşıl kartlar təqdim olunur. Bu, bir növ həvəsləndirmə və motivasiya xarakteri daşıyır. Eyni zamanda, ümumi tədris prosesinə mane olan, davranış qaydalarını kobud şəkildə pozan, məktəb inventarlarına zərər verən şagirdlər isə müvafiq olaraq sarı və yaxud qırmızı kartlarla cəzalandırılır".
Elçin Əfəndi qeyd edib ki, bu kartların təqdim olunması istənilən halda şagirdlərdə müəyyən narahatlıq yaradır və onları öz davranışlarında düzəliş etməyə məcbur edir:
"Ardıcıl olaraq sarı və qırmızı kart alan şagirdlər olduğu halda, təbii ki, onların ümumi təhsil prosesindən müəyyən qədər uzaqlaşdırılması da müzakirə mövzusuna çevrilə bilər. Ona görə də düşünürəm ki, bu məsələdə valideynlər də birbaşa məsuliyyət daşımalıdırlar. Onlar övladlarının tədris prosesində iştirakına və davranış qaydalarına riayət etməsinə ciddi nəzarət etməlidirlər".
Ekspert əlavə edib ki, hər bir şagird ümumi daxili intizam qaydalarına əməl etməlidir və bununla bağlı təhsil müəssisələrinin rəhbərləri tərəfindən həm şagirdlərə, həm də valideynlərə mütəmadi məlumat verilir ki, şagirdlər davranış qaydalarından kənar hərəkətlərə və deviant davranışlara yol verməsinlər.
Çimnaz Telmanqızı
15:16 / 18 Noyabr 2026
1
15:12 / 18 Noyabr 2026
25
15:09 / 18 Noyabr 2026
33
15:02 / 18 Noyabr 2026
46
14:58 / 18 Noyabr 2026
58
14:52 / 18 Noyabr 2026
58
14:44 / 18 Noyabr 2026
268
14:33 / 18 Noyabr 2026
99
14:22 / 18 Noyabr 2026
82
14:18 / 18 Noyabr 2026
90
14:06 / 18 Noyabr 2026
87
13:56 / 18 Noyabr 2026
92
13:12 / 18 Noyabr 2026
99
12:55 / 18 Noyabr 2026
107
12:53 / 18 Noyabr 2026
141
12:51 / 18 Noyabr 2026
235
12:32 / 18 Noyabr 2026
1072
12:28 / 18 Noyabr 2026
120
12:20 / 18 Noyabr 2026
484
12:15 / 18 Noyabr 2026
137
12:10 / 18 Noyabr 2026
160
12:03 / 18 Noyabr 2026
102
12:03 / 18 Noyabr 2026
442
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.