Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində də davam etdirilir və proqramın əhatə dairəsi genişləndirilir.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsi məlumat yayıb.
Bildirilib ki, son 10 gündə ünvanlı yardım alan ailələrin sayı 14 faiz və ya 9500 ailə artaraq, 78 min 500-ə çatıb, yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 330 mini ötüb.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi müddətində bitmiş ailələrə bu yardımın verilməsi müddəti uzadılıb.
Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artıb. 2020-ci ilin əvvəli ilə müqayisədə bu məbləğ 10 faizədək artaraq 222 manatı ötüb.
Oxu24.com
ŞƏRHLƏR