Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2256
11.04.2020, 01:25
Rusiyanın İrkutsk vilayətindəki 15 saylı həbsxanada məhkumlar qiyam edib.
Oxu24.com Musavat.com-a istinadla xəbər verir ki, həbsxanada yanğın törədən məhkumların ram edilməsi üçün xüsusi əməliyyat başladığı deyilir.
Məhkumlar isə videomüraciət yayaraq, qiyama ağır həbsxana şəraitinin səbəb olduğunu bildiriblər.
Federal Penitensiar Xidmətin əməkdaşları ilə məhkumlar arasında mübahisə siqaret üstündə başlayıb. Mühafizəçilər onları cəza kamerasına salmaq istəyəndə münaqişə əlbəyaxa davaya çevrilib.
Münaqişənin təhrikçisi hesab olunan məhkum onun üzərində axtarış aparılmasına etiraz edərək dustaqları itaətsizliyə çağırıb. Nəticədə qonşu kameralardakı məhkumlar kameralarının şüşələrini sındırmağa başlayıblar və şüşə parçaları ilə qollarını kəsiblər. Bu yayılan videoda da aydın görünür.
Ən son məlumatlara görə, cəzaçəkmə müəssəsinə xüsusi qoşun yeridilib. Atəş səsləri eşidilir. Həbsxana ətrafında ciddi təhlükəsizlik tədbirləri görülür, çünki qiyam xəbəri alan məhkum yaxınları oraya axın edirlər. Rusiya Qvardiyası bütün yolları kəsib.
“Koloniya hələ də atəşə məruz qalır”, - deyə müəssisənin yerləşdiyi Anqarsk şəhər meri Sergey Petrov bildirib.
“Təhlükəsizlik qüvvələri orada əməliyyat keçirir. Şəhərə hər hansı təhlükəyə yoxdur. Orada yanğın baş verib, ərazi hüquq-mühafizə orqanları tərəfindən tamamilə bağlanıb", - deyə o, “İnterfaks” agentliyinə bildirib.
Məhkumlardan birinin anası “Dojd”telekanalına müsahibəsində deyib ki, oğlu ona az əvvəl zəng edib:
“O yalvarırdı ki, bizi öldürülməkdən xilas edin”.
Digər bir məhkumun yaxını isə deyib ki, içəridə iki nəfər öldürülüb və meyitləri hələ ki, ortada qalıb. O cümlədən, həbsxanadakı yanğın davam edir.
Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 321-ci ("Cəmiyyətdən təcrid olunmasını təmin edən qurumların fəaliyyətinin pozulması") maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, 15 saylı Anqarsk həbsxanası 1952-ci ildə yaradılıb. Məhkumlar burada metal emal məhsulları ilə yanaşı, mebel və məişət əşyaları istehsal edirlər.
21:58 / 26 Oktyabr 2026
9
21:53 / 26 Oktyabr 2026
12
21:44 / 26 Oktyabr 2026
33
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
36
21:05 / 26 Oktyabr 2026
599
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
17:00 / 26 Oktyabr 2026
389
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.