SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
4512
05.03.2020, 10:22
Həmçinin oxu: Polis fahişələrin evinə basqın etdi: Gördükləri mənzərədən şoka düşdülər
Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ölkəmizdə narahatlığa səbəb olmaqla cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən qərəzli olaraq guya “COVID-19” adlanan virus və ya koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) vəfat etməsi ilə bağlı səs yazısı yayılıb.
Nazirlər Kabineti yaninda operativ qərargah və Baş Prokurorluqdan Oxu24.com-a daxil olan birgə məlumatda qeyd olunur ki, eyni zamanda qeyd edilən mövzuda yalan məlumatların yayılması, o cümlədən kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müşahidə olunur.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, 1994-cü il təvəllüdlü paytaxt sakini Nəzakət Ramazanovanın fevralın 29-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ağ ciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi faktı ilə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Həmçinin oxuyun
N.Ramazanovanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək onun meyiti xarici və daxili müayinə olunub.
Mərhumdan müayinə üçün götürülmüş nümunələrdə hər hansı bir infeksion xəstəlik aşkar edilməyib.
Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma davam etdirilir.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.
01:07 / 28 Aprel 2026
37
00:07 / 28 Aprel 2026
130
23:26 / 27 Aprel 2026
198
22:44 / 27 Aprel 2026
66
22:42 / 27 Aprel 2026
311
22:42 / 27 Aprel 2026
80
22:32 / 27 Aprel 2026
122
22:26 / 27 Aprel 2026
75
22:13 / 27 Aprel 2026
68
22:09 / 27 Aprel 2026
94
22:01 / 27 Aprel 2026
216
21:56 / 27 Aprel 2026
1519
21:53 / 27 Aprel 2026
84
21:52 / 27 Aprel 2026
60
21:43 / 27 Aprel 2026
360
21:40 / 27 Aprel 2026
74
21:38 / 27 Aprel 2026
84
21:27 / 27 Aprel 2026
97
21:15 / 27 Aprel 2026
175
21:02 / 27 Aprel 2026
99
20:45 / 27 Aprel 2026
74
20:30 / 27 Aprel 2026
244
20:22 / 27 Aprel 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.