Məleykə Abbaszadə açıqlama yayıb
20 Noyabr 2026, 10:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
32
20.11.2026, 11:05
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) növbəti illərdə Azərbaycanla əməkdaşlıqda 11 prioritet istiqamət müəyyən edib.
Oxu24.com xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbərinin proqram üzrə köməkçisi Bariz Mehdiyev Bakıda keçirilən "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" adlı konfransda bildirib.
"Kənd Təsərrüfatı Nazirliyi və aidiyyəti qurumlarla müzakirələr aparmışıq. Nazirlik yanında Aqrar Xidmətlər Agentliyi ilə əməkdaşlığımız və birgə layihələrimiz davam edir. Eyni zamanda, Aqrar İnkişaf və Kredit Agentliyi və digər qurumlarla da növbəti beş ildə əməkdaşlığımızı davam etdirməyi planlaşdırırıq. Əməkdaşlıq modellərindən biri FAO-Azərbaycan Tərəfdaşlıq Proqramıdır. Hazırda proqramın birinci fazasını yekunlaşdırmaq üzrəyik və artıq ikinci fazanın başlanılması da planlaşdırılır", - deyə o qeyd edib.
B.Mehdiyevin sözlərinə görə, FAO təkcə Kənd Təsərrüfatı Nazirliyi ilə deyil, digər qurumlarla da əməkdaşlıq edir: "Bu sırada Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Qida Təhlükəsizliyi Agentliyini qeyd edə bilərəm. Xüsusilə bugünkü konfransın mövzusuna uyğun olaraq akademik sektorla, universitetlərlə sıx əməkdaşlığımızı vurğulamaq istəyirəm. Bu istiqamətdə bir sıra universitetlərlə anlaşma memorandumları imzalanır. Azərbaycan Dövlət Aqrar Universiteti ilə sıx əməkdaşlığımız var. Bu gün Gəncədə də konfrans keçirilir. Həmin tədbirdə iştirak edə bilməsək də, universitetlə birgə müxtəlif tədbirlər təşkil edirik. ADA Universiteti ilə də əməkdaşlıq mövcuddur. Bu universitetin İtaliyanın Boloniya Universiteti ilə əməkdaşlığı var və biz də Boloniya Universiteti ilə anlaşma memorandumu imzalamışıq. Yaxın vaxtlarda daha 4 universitetlə anlaşma memorandumunun imzalanması gözlənilir. Bunlar İqtisadiyyat Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti və xüsusilə qeyd etmək istədiyim Qarabağ Universitetidir".
"Bu gün kənd təsərrüfatı daha çətin şəraitdə fəaliyyət göstərir. İqlim dəyişikliklərinin təsiri və qlobal dəyər zəncirində yaranan problemlər aqroərzaq sisteminin fəaliyyətində ciddi çətinliklər yaradır. Bu baxımdan, belə tədbirlərin və müzakirələrin keçirilməsi ortaya çıxan problemlərin həllində birgə səylərin göstərilməsi baxımından kifayət qədər əhəmiyyətlidir. FAO üçün də bitki sağlamlığı məsələsi xüsusi əhəmiyyət daşıyır. Hesab edirik ki, bitki sağlamlığına daha geniş və inteqrə olunmuş yanaşma təşviq edilməlidir. Bitki sağlamlığı yalnız problem yarandıqdan sonra ona reaksiya verilməsini deyil, həm də problemin qarşısının əvvəlcədən alınması üçün görülən tədbirləri əhatə edir. Bu baxımdan, zərərvericilərlə inteqrə olunmuş mübarizə, bioloji mübarizə vasitələrinin daha geniş tətbiqi, pestisidlərdən düzgün istifadə, monitorinq və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi getdikcə daha böyük əhəmiyyət kəsb edir", - deyə FAO rəsmisi əlavə edib.
11:03 / 20 Noyabr 2026
1
11:01 / 20 Noyabr 2026
15
10:49 / 20 Noyabr 2026
46
10:40 / 20 Noyabr 2026
50
10:20 / 20 Noyabr 2026
68
10:20 / 20 Noyabr 2026
59
10:16 / 20 Noyabr 2026
76
10:10 / 20 Noyabr 2026
104
10:10 / 20 Noyabr 2026
69
10:03 / 20 Noyabr 2026
256
10:00 / 20 Noyabr 2026
126
10:00 / 20 Noyabr 2026
99
09:51 / 20 Noyabr 2026
79
09:46 / 20 Noyabr 2026
83
09:41 / 20 Noyabr 2026
85
09:34 / 20 Noyabr 2026
106
09:31 / 20 Noyabr 2026
685
09:26 / 20 Noyabr 2026
84
09:14 / 20 Noyabr 2026
94
09:01 / 20 Noyabr 2026
72
08:37 / 20 Noyabr 2026
70
23:55 / 19 Noyabr 2026
190
23:26 / 19 Noyabr 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.