Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: İran dünyaya elan etdi: MÜHARİBƏ BAŞLADI

2020/01/04/1578117323_photo_84860.jpg

SON DƏQİQƏ

12883

04.01.2020, 09:53

“Bu ABŞ tərəfindən həyata keçirilən təcavüzdür. Silahlı Qüvvələrimizin dəyərli generalına qarşı atılan addıma biganə yanaşmarıq. Çox sərt intiqam alınacaq. Qəti şəkildə cavab veriləcək”.
Redaktor.az publika.az-a istinadən xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taht-Ravançi İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaniyə qarşı təşkil edilən əməliyyat barədə ABŞ-ın NBC televiziyasına açıqlamasında belə deyib. O bildirib ki, Vaşinqtonun addımı beynəlxalq hüquq normalarına ziddir. Diplomat qeyd edib: “ABŞ İrana qarşı sadəcə iqtisadi deyil, İran ordusunun sevilən generalına qarşı sui-qəsd təşkil edərək, onsuzda müharibəni başlattı. Bunun nəticələri olacaq”.