Qaynar xətt:

(+99450) 247 90 86

Məmurlar, hakimlər və uşaqların olduğu təyyarə yerı çırpıldı, çoxlu sayda ölən var

Məmurlar, hakimlər və uşaqların olduğu təyyarə yerı çırpıldı, çoxlu sayda ölən var

SON DƏQİQƏ

852

03.01.2020, 11:23

Sudandan münaqişə zonasına yardım aparan hərbi təyyarə qəzaya uğrayıb. Bizimyol.info xəbər verir ki, ölkənin Qərbi Darfur əyalətində “An-12” təyyarəsinin yerə çırpılması nəticəsində ekipaj üzvləri də daxil olmaqla 18 nəfər həlak olub. Həyatını itirənlər arasında 4 uşağın olduğu da xbər verilir. Həmçinin qəzada ölənlərdən 3-ü hakim, 4-ü isə mülki məmurlardır. Onların arasında Dünya Ərzaq Təşkilatının nümayəndəsi də var. 7 nəfər ekipaj üzvü də həyatını itirib.
Təyyarə ərəblər və qeyri-ərəblər arasında qanlı tayfa toqquşmalarının yer aldığı ərazilərə ərzaq yardımı aparırmış. Qarşıdurma zonasında toqquşmaları sakitləşdirmək üçün əraziyə əlavə hərbi qüvvələr göndərilib.
Təyyarə qəzasının səbəbləri hələlik dəqiqləşməyib, araşdırma aparılır.