Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə ağır qəza: Ölən və yaralılar var

SON DƏQİQƏ

138

09.11.2024, 13:02

Gəncə şəhərində yerləşən parkların birinin yaxınlığında avtomobillər toqquşub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Oxu24.com-un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Fəxrəddin Əliyev və digər avtomobildə olan 2001-ci il təvəllüdlü Sənan İsgəndərov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, K.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bakının bu istiqamətlərinə avtobuslar pulsuz işləyəcək