SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
471
25.07.2024, 20:36
Azərbaycana qarşı təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək.
Bu barədə Müdafiə Nazirliyindən daxil olan bəyanatda deyilir.
Bildirilib ki, Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib:
"Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir".
Həmçinin oxuyun
Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər:
"Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir".
01:27 / 01 May 2026
263
23:57 / 30 Aprel 2026
238
23:43 / 30 Aprel 2026
155
23:23 / 30 Aprel 2026
186
23:11 / 30 Aprel 2026
196
22:49 / 30 Aprel 2026
111
22:39 / 30 Aprel 2026
115
22:19 / 30 Aprel 2026
137
22:03 / 30 Aprel 2026
170
21:50 / 30 Aprel 2026
106
21:40 / 30 Aprel 2026
157
21:30 / 30 Aprel 2026
115
21:16 / 30 Aprel 2026
290
20:53 / 30 Aprel 2026
114
20:48 / 30 Aprel 2026
115
20:47 / 30 Aprel 2026
365
20:36 / 30 Aprel 2026
107
20:24 / 30 Aprel 2026
302
20:08 / 30 Aprel 2026
103
20:02 / 30 Aprel 2026
282
19:51 / 30 Aprel 2026
111
19:40 / 30 Aprel 2026
305
19:30 / 30 Aprel 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.