Paytaxtın Yasamal rayonunda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi ilə bağlı sosial mediada yayılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətindən Oxu24.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən olunub, onların əməllərində hər hansı cinayət tərkibi aşkarlanmayıb. Onların xidmət sahəsində çalışan şirkətlərdən birinə aid menecerlər olması məlum olub:
"Sakinlərin narahatlığına hər hansı əsas yoxdur".
ŞƏRHLƏR