Qaynar xətt:

(+99450) 247 90 86

Ağır qəza baş verib: Ölən var

Ağır qəza baş verib: Ölən var

SON DƏQİQƏ

375

18.06.2024, 09:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Bakı-Qazax magistral yolunun Kürdəmirin Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

İmişli rayon sakini 1976-cı il təvəllüdlü Elşən Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə “Kamaz” markalı yük maşını toqquşub.

 

Nəticədə “VAZ-2107”-nin sürücüsü E. Qasımov hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.(Apa)