AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
829
06.06.2024, 17:48
Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş vermiş insidentə aydınlıq gətirib.
DİN-dən Oxu24.com-a bildirilib ki, aprelin 26-da Daşkəsən rayonu Quşçu kəndi ərazisində qayda pozuntuları ilə idarə edilən, insanların həyat və sağlamlığına real təhlükə yaradan “VAZ 2106” markalı avtomobil DYP əməkdaşları tərəfindən saxlanılıb:
"Müəyyən edilib ki, 10-FA-497 dövlət qeydiyyat nişanlı, Q.Həsənova məxsus avtomobil sürücülük hüququ və etibarnamə olmadan, Vətən müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü İsmayılov Ədalət Fərman oğlu tərəfindən idarə edilir. Ə.İsmayılova qanunvericiliyə uyğun olaraq izahlar verilməsinə və onun intizama dəvət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirib, istədiyi kimi avtomobil idarə edəcəyini bildirərək ictimai qaydanı kobud şəkildə pozmaqla polis əməkdaşlarına tabesizlik nümayiş etdirib.
Əməlində xırda xuliqanlığın tərkib əlamətləri olduğuna görə Ə.İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığından qərar qüvvədə saxlanılıb.
Ə.İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, o qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətlər etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb".
Qeyd edək ki, Ədalət İsmayılov bu gün Daşkəsəndə üzərinə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər tərəfindən yanğın söndürülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Ə. İsmayılov xəstəxanaya yerləşdirilib.
10:30 / 11 Sentyabr 2026
1
10:24 / 11 Sentyabr 2026
21
10:02 / 11 Sentyabr 2026
40
09:57 / 11 Sentyabr 2026
282
09:52 / 11 Sentyabr 2026
73
09:29 / 11 Sentyabr 2026
47
09:26 / 11 Sentyabr 2026
80
09:24 / 11 Sentyabr 2026
53
09:22 / 11 Sentyabr 2026
64
23:14 / 10 Sentyabr 2026
891
23:08 / 10 Sentyabr 2026
124
23:03 / 10 Sentyabr 2026
142
23:00 / 10 Sentyabr 2026
77
22:53 / 10 Sentyabr 2026
73
22:44 / 10 Sentyabr 2026
99
22:40 / 10 Sentyabr 2026
3817
22:36 / 10 Sentyabr 2026
76
22:28 / 10 Sentyabr 2026
77
22:20 / 10 Sentyabr 2026
94
21:54 / 10 Sentyabr 2026
446
21:50 / 10 Sentyabr 2026
84
21:35 / 10 Sentyabr 2026
110
21:30 / 10 Sentyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.