Qaynar xətt:

(+99450) 247 90 86

Güclü zəlzələ oldu

Güclü zəlzələ oldu

SON DƏQİQƏ

544

14.03.2024, 19:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaponiyanın şimal-şərqindəki Fukusima prefekturasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

 

Oxu24.com  xəbər  verir  ki, NHK məlumat yayıb.

 

Yeraltı təkanlar saat 00:14-də  qeydə alınıb, episentri Fukusima sahillərində, 50 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ başlamazdan əvvəl yerli sakinlər gözlənilən zəlzələ ilə bağlı xəbərdarlıq alıblar.

 

Seysmoloqlar sunami təhlükəsi elan etdilər, lakin bir neçə dəqiqə sonra xəbərdarlığı ləğv etdilər.

 

Yeraltı təkanlar hətta Tokioda da hiss olunub. “Fukusima-1” AES-də qəza nəticəsində tələfat, dağıntı və ya fövqəladə vəziyyət barədə məlumat verilməyib.

 

Yada salaq ki, 2011-ci il martın 11-də güclü zəlzələ baş vermiş və bu, “Fukusima-1” AES-də böyük həcmdə radioaktiv maddələrin buraxılması ilə böyük qəzaya səbəb olmuşdu.

 

Nigar