Qaynar xətt:

(+99450) 247 90 86

 "Siçovul ovu"na görə mükafat qazandı

 \"Siçovul ovu\"na görə mükafat qazandı

DÜNYA

46

27.11.2026, 23:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Brüsseldə şəhərin tarixi və turizm mərkəzlərinə siçovulların axın etməsi dükan sahiblərinin etirazlarına və bələdiyyənin qeyri-kafi tədbirlərə görə tənqidinə səbəb olub. Lakin Brüssel Bələdiyyəsi siçovullara qarşı mübarizə siyasətinə görə beynəlxalq mükafata layiq görülüb.

Belçikanın rəsmi xəbər agentliyi Belga-nın məlumatına görə, Brüssel Bələdiyyəsi Fransanın Niort şəhərində keçirilən konfransda siçovul problemi ilə mübarizə aparmaq üçün istifadə etdiyi ağıllı tələ sisteminə görə Şəhər Təmizliyi Şəhərləri Assosiasiyasından (AVPU) üçüncü böyük mükafatını qazanıb.

Brüssel Bələdiyyəsindən Anas Ben Abdelmoumoumen bildirib ki, konfrans bir daha bir çox böyük şəhərlərin siçovul problemləri ilə mübarizə apardığını göstərib.

O qeyd  edib ki, ağıllı tələlər sayəsində siçovulları daha effektiv şəkildə tuta bilirlər və beynəlxalq mükafat bələdiyyə komandalarının zəhməti və fədakarlığına görə verilən mükafatdır.

Jalə