Qaynar xətt:

(+99450) 247 90 86

Tramp NATO ilə razılaşdırılmış bəyanata Ukraynanı da əlavə etdi  

Tramp NATO ilə razılaşdırılmış bəyanata Ukraynanı da əlavə etdi  

CƏMİYYƏT

60

27.11.2026, 22:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rütte ilə razılaşdırılmış bəyanatın mətnini sonradan dəyişdirərək Ukraynanı da Rusiyaya qarşı nəzərdə tutulan xəbərdarlığa daxil edib. Bu addım Vaşinqtonun Ukrayna müharibəsinə yanaşması ətrafında yeni müzakirələrə səbəb olub.

Bunu Oxu24.com-a açıqlamasında ekspert Şəmsi Qoca bildirib.

Ekspert bildirib  ki,noyabrın 25-də Floridada, Trampın Mar-a-Laqodakı iqamətgahında keçirilən görüşdən sonra Ağ Ev və NATO birgə bəyanat yayıb. Sənəddə Rusiyanın müharibəni qəsdən və ya bilmədən genişləndirə biləcək addımlardan çəkinməsinin vacibliyi vurğulanıb. Həmçinin müharibənin mümkün qədər tez sülh yolu ilə başa çatdırılmasının əhəmiyyəti qeyd edilib.

Lakin bir neçə saat sonra Tramp özünün Truth Social platformasındakı paylaşımında bəyanatın mətninə iki söz əlavə edib: “və Ukrayna”. Beləliklə, onun paylaşımında müharibənin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinmək çağırışı artıq həm Rusiyaya, həm də Ukraynaya ünvanlanıb.

Politico nəşrinin məlumatına görə, NATO rəsmisi ilkin mətnin tərəflər arasında rəsmi razılaşdırılmış variant olduğunu təsdiqləyib. Bu isə Trampın sonradan NATO ilə yenidən razılaşdırmadan mətnə dəyişiklik etdiyini göstərir. Ağ Ev məsələ ilə bağlı jurnalistlərin sorğusuna cavab verməyib.

Hadisənin diqqətçəkən tərəfi ondan ibarətdir ki, Ukrayna artıq uzun müddətdir Rusiya hücumlarına qarşı öz ərazisini müdafiə edir. Kiyevin Rusiyanın hərbi və enerji infrastrukturuna zərbələri isə Vaşinqtonla münasibətlərdə müzakirə mövzusu olaraq qalır.

Trampın bu addımı NATO daxilində də həssas məsələ yaradır. Mark Rütte bir tərəfdən ABŞ-ın alyansdakı rolunu və Ukraynaya hərbi dəstəyin davamını qorumağa, digər tərəfdən isə müttəfiqlər arasında mövqelərin uzlaşdırılmasına çalışır.

Görünən odur ki, Ukrayna müharibəsinin taleyi ilə bağlı diplomatik müzakirələrdə əsas mübahisələrdən biri artıq yalnız atəşkəsin şərtləri deyil, müharibənin genişlənməsinə görə məsuliyyətin kimə aid ediləcəyi məsələsidir.

Jalə