Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentdən Dövlət Gömrük Komitəsinə yeni sədr - Təyinatı

Prezidentdən Dövlət Gömrük Komitəsinə yeni sədr - Təyinatı

SİYASƏT

1123

23.04.2018, 22:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyinatı haqqında sərəncam imzalayıb.
“Oxu24.com” xəbər verir ki, bu vəzifəyə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Məmməd oğlu Mehdiyev təyin edilib. Qeyd edək ki, bundan öncə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini Aydın Əliyev daşıyırdı.
Məlumat üçün bildirək ki, Səfər Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. 2004-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, 2006-cı ildən bu günə qədər isə birinci müavini vəzifəsini icra edib. Ailəlidir, 2 övladı var.