Qaynar xətt:

(+99450) 247 90 86

Nazim İbrahimovun vəzifəsini millət vəkili tutdu - DOSYE

Nazim İbrahimovun vəzifəsini millət vəkili tutdu - DOSYE

SİYASƏT

1564

23.04.2018, 20:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Prezident İlham Əliyev Fuad Rauf oğlu Muradovu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib. O, bu vəzifədə Nazim İbrahimovu əvəzləyib.
Oxu24.com xəbər verir ki, Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində \" sənayesində ətraf mühitin qorunması\" ixtisası üzrə magistr dərəcəsini alıb. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır. 1999-2001-ci illərdə \"Ümidli Gələcək\" Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub. 2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə \"Təşəbbüs\" Xeyriyyə İctimai Birliyinin təsisçisi olub. 2003-2cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri olub, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb.
2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatorudur. 2004-cü ilin martından Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür. 2005-ci ildə Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüd olub. 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 2011-ci ildən \"Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir. 2015-ci ildə Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Parlamentin Gənclər və idman komitəsinin sədri və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Bitərəfdir. Evlidir, 2 övladı var.