Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9943
az

Şok: Nikol Qarabağı qaytarmaq istəyir, amma...

20:5714 Fevral, 2019
825
SİYASƏT
  • A
Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakına nail olmaqla Nikol Paşinyan kompromis çərçivəsində güzəştlər barədə məsuliyyəti Qarabağla bölməyə çalışır.
Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

"Görünür, Paşinyan necə güzəşt edəcəyini anlamır. O, bir tərəfdən kompromis və güzəştlərə hazırdır, ancaq bütün məsuliyyəti üzərinə götürməyə qorxur. Hətta Qarabağ klanının nümayəndələri Serj Sərkisyan və Robert Köçəryan belə güzəştlər üçün siyasi məsuliyyəti öz üzərlərinə götürməkdən qorxurdular. Qarabağlılar üçün yad olan və aylardır torpaqları qaytarmağa hazırlaşmaqda ittham olunan Nikol Paşinyan həm də Qarabağ klanının siyasi rəqibidir", - ekspert qeyd edib.

Markovun fikrincə, Paşinyanın bəyanatlarında müəyyən mənada müsbət siqnallar görmək olar:

"Bu, münaqişə tərəfləri arasında müzakirələr getdiyi anlamına gəlir. Mənim də dediyim kimi, Paşinyan vaxt qazanmağa çalışır, çətinləşmiş şəraitdə daha qazanclı mövqe qazanmağa cəhd edir. Ermənistan Dağlıq Qarabağın erməni icmasını danışıqlara cəlb etmək, azərbaycanlı icmasını isə bloklamaq istəyir. Bu isə qəbuledilməzdir. Paşinyan DQ-ın azərbaycanlı icmasının danışıqlarda niyə iştirak etməməsinə qəribə izahlar gətirmək istəyir. Bu cür yanaşmanı nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət onsuz da qəbul etməyəcək".

Ekspert Paşinyanın danışıqlarda "Ermənistan+Dağlıq Qarabağın erməni icması Azərbaycana qarşı" formatından istifadə etmək istədiyini qeyd edib:

"Bu, heç bir məntiqə əsaslanmır. Dağlıq Qarabağın azərbaycanlıları işğal edilmiş bu ərazidən hərb yolu ilə qovulub. Buna görə də əgər erməni icması cəlb olunacaqsa, təbii ki, azərbaycanlı icması da danışıqlara qoşulmalıdır. Bakının razılığı olmadan mövcud "Ermənistan+Azərbaycan" formatından başqa heç bir formatdan söhbət belə gedə bilməz. Ermənistanda siyasi turbulentlik və seçki dövrü başa çatdı. Bunlarla İrəvan danışıqlar prosesini dondurmağına haqq qazandıra bilirdi. Artıq bu cür şərait yoxdur. Əgər vəziyyət dəyişməsə, hərbi əməliyyatların bərpa olunması ehtimalı güclüdür". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? -ŞOK DETALLAR
Makron gəncləri orduya çağırdı: Fransada nə baş verir?
Tbilisidə növbəti etiraz aksiyası keçirilir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib